Səfirlik: Azərbaycan Gürcüstanın əsas ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır

Səfirlik: Azərbaycan Gürcüstanın əsas ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır “Gürcüstan və Azərbaycan strateji tərəfdaşı ökələr olaraq həm ikitərəfli, həm də çoxtərəfli (GUAM) formatlarda 1996-cı ildən bəri sərbəst ticarətdən istifadə edirlər"
Xarici siyasət
25 May , 2021 11:42
Səfirlik: Azərbaycan Gürcüstanın əsas ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır

“Gürcüstan və Azərbaycan strateji tərəfdaşı ökələr olaraq həm ikitərəfli, həm də çoxtərəfli (GUAM) formatlarda 1996-cı ildən bəri sərbəst ticarətdən istifadə edirlər. Bu illər ərzində Azərbaycan Gürcüstanın əsas ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalıb. Xarici İşlər Nazirləri tərəfindən 2012-ci ildə Gürcüstan, Türkiyə və Azərbaycan arasında qurulmuş üçtərəfli platforma (“Trabzon Bəyannaməsi”) üç dövlət arasında əməkdaşlığı daha da artırmaq üçün böyük potensiala malik uğurlu bir format olaraq qalır”.

“Report” xəbər verir ki, bu barədə 26 May - Gürcüstanın Milli Bayramı - Müstəqilliyin Bərpası Günü münasibətilə Gürcüstanın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilib.

Vurğulanıb ki, 2021-ci ildə Gürcüstan Demokratik Respublikasının 103 illliyi və Sovet İttifaqından ayrılaraq öz müstəqilliyinin bərpasının 30-cu ildönümü qeyd olunur: “26 May 1918-ci ildə Gürcüstanın Milli Şurasının Birinci İclası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi. Mövcudluğunun qısa müddətinə (1918-1921) baxmayaraq, Gürcüstan Demokratik Respublikası uzun müddətə Gürcüstan dövlətçiliyinin inkişafına ciddi təsir göstərmişdir. Müstəqillik qazandıqdan bəri Gürcüstan Rusiya Federasiyası tərəfindən ölkədəki sabitliyi pozmaq, təsir dairəsində saxlamaq və demokratik inkişafına və qərbyönümlü xarici siyasət seçiminə mane olmaq məqsədi ilə hibrid müharibələrin hədəfinə çevrildi”.

Qeyd olunub ki, bu gün də Gürcüstan ərazi bütövlüyü uğrunda mübarizəsini davam etdirir.

Səfirlik qardaş Azərbaycan xalqını və ölkə rəhbərliyini 28 May – Respublika Günü münasibətilə də ürəkdən təbrik edib.

Son xəbərlər

Orphus sistemi