Səfirlik: Azərbaycan-Gürcüstan münasibətləri növbəti parlaq zirvələrə yüksələcək

Səfirlik: Azərbaycan-Gürcüstan münasibətləri növbəti parlaq zirvələrə yüksələcək Azərbaycanın Gürcüstandakı səfirliyi rəsmi “Facebook” səhifəsində iki ölkə arasında diplomatik əlaqələrin 28-ci ildönümünə həsr olunan paylaşım edib.
Xarici siyasət
18 Noyabr , 2020 12:27
Səfirlik: Azərbaycan-Gürcüstan münasibətləri növbəti parlaq zirvələrə yüksələcək
0 : 00
0 : 00

Azərbaycanın Gürcüstandakı səfirliyi rəsmi “Facebook” səhifəsində iki ölkə arasında diplomatik əlaqələrin 28-ci ildönümünə həsr olunan paylaşım edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, diplomatik nümayəndəlik bu münasibətlərin hər iki xalqın rifahına, Cənubi Qafqaz bölgəsində sülh və inkişafın təmin olunmasına müstəsna töhfələr verdiyini bildirib.

“Ötən 28 il ərzində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatmış və inkişaf etməkdə davam edən bu münasibətlər Azərbaycan və Gürcüstanın strateji mənafeləri naminə növbəti parlaq zirvələrə yüksələcəkdir!”, - paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi