Bakı. 22 yanvar. REPORT.AZ/ "ABŞ Viza Veyver (Visa Waiver) Proqramında dəyişiklikləri tətbiq etməyə başlayıb. Amma Azərbaycana dair viza siyasəti dəyişməyib".
Bunu "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, ABŞ hökuməti son 5 ildə İran, İraq, Suriya və Sudana səfər etmiş Avropa ölkələri vətəndaşlarına viza verilməsi şərtlərini sərtləşdirir. Məlumata görə, ikinci vətəndaşlığı adları çəkilən dövlətlərdən birindən olan Avropa İttifaqı ölkələrinin vətəndaşlarına əlavə şərtlərin tətbiqi nəzərdə tutulub.
Bu tədbirlər terrorçu İŞİD qruplaşması sıralarında döyüşmüş Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarına şamil olunacaq. Bu kimi məsələlərdə şübhəli bilinməyən avropalılar üçün ABŞ-a vizasız rejim qüvvədə qalacaq.