Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi

Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi “Son günlərdə erməni radikallarının təxribatçı fəaliyyətlərini, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik”.
Xarici siyasət
6 Noyabr , 2020 05:30
Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi

“Son günlər erməni radikallarının təxribatçı fəaliyyətləri, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik”.

“Report”un ABŞ-da olan xüsusi müxbiri xəbər verir ki, bu Azərbaycanın Vaşinqtondakı səfirliyinin ABŞ-da yaşayan azərbaycanlılara müraciətində qeyd olunub.

Diplomatik korpus Azərbaycan icmasına müraciətində həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli olmağa çağırıb:

“Həmvətənlərimiz hər hansı təhlükə yaradan hallarla qarşılaşdıqları təqdirdə yerli mühafizə orqanlarına və səfirliyin +1 202-560-3583 nömrəsi ilə əlaqə saxlasınlar”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi