Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu “Bakı prosesi: Dialoq və əməkdaşlığın 10 illik təcrübəsi” sərlövhəli məqaləsi ABŞ-ın Harvard Universitetinin rəsmi saytında yerləşdirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən “Report”a verilən məlumata görə, məqalədə “Bakı prosesi”nin Prezident
Müəllif qeyd edir ki, dünyanın tanınmış ictimai-siyasi xadimləri, ekspertləri “Bakı prosesi”nin dünyanın yeni düzəninə öz töhfəsini verdiyini vurğulayırlar. "Bakı prosesi" Azərbaycanda yaradılan yeni geosiyasi dəyərdir. Bu, Azərbaycanın ümumilli lideri Heydər Əliyev tərəfindən hazırlanmış azərbaycançılıq konsepsiyasına əsaslanır. Bu ideoloji sistemdə mədəniyyətlərin, milli və beynəlmiləlliyin harmoniyası dayanır.
Səfir məqalədə Azərbaycanın əldə etdiyi uğurlu xarici siyasət haqqında geniş məlumat verib.