İtaliya səfiri: "Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb"

İtaliya səfiri: "Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb"
Xarici siyasət
31 May , 2019 21:02
İtaliya səfiri: Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb

"Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi son ildə 6 milyard avroya çatıb".

"Report" xəbər verir ki, bunu Bakıda İtaliya Respublikasının 78 illiyinə həsr olunmuş tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari bildirib.

İki ölkə arasında əməkdaşlıqdan danışan səfir TAP layihəsinin əhəmiyyətini xüsusi qeyd edib.

“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. TAP layihəsi çərçivəsində işlər nəzərdə tutulmuş cədvəl üzrə gedir. Layihə çərçivəsində mikro tunnelin inşası aprel ayında başa çatıb. Azərbaycan qazı bu boru kəməri vasitəsilə 2020-ci ildən Avropaya nəql olunacaq”, - deyən diplomat iqtisadi əməkdaşlığa dair ikitərəfli hökumətlərarası Komissiyanın bu ilin sentyabr ayının 18-də növbəti iclasının keçiriləcəyini diqqətə çatdırıb.