Səfir: Azərbaycanla əlaqələrin inkişafı Özbəkistanın xarici siyasət prioritetlərindən biridir
- 04 iyun, 2025
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri əməkdaşlığın ən yüksək səviyyəsini nümayiş etdirir.
"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov "Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişafının perspektivli istiqamətləri" adlı Azərbaycan-Özbəkistan Ekspert Şurasının ikinci iclası çərçivəsində bildirib.
"Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı Özbəkistanın əsas xarici siyasət prioritetləri sırasındadır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan genişmiqyaslı islahatları görürük", - səfir qeyd edib.
O vurğulayıb ki, Özbəkistan Azərbaycanın sürətli iqtisadi inkişafını və beynəlxalq nüfuzunun möhkəmlənməsini fərəhlə müşahidə edir.
Diplomatın sözlərinə görə, özbək xalqı Azərbaycanın ərazi bütövlüyünün bərpasını ən mühüm tarixi hadisə kimi qarşılayıb.