Səfir: "Yayda Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi gözlənilir"

Səfir: "Yayda Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi gözlənilir" Erkan Özoral: "Hansı formatda görüşlərin keçirilməsi isə üçüncü tərəfin hansının hazır olmasından asılı olacaq"
Xarici siyasət
2 May , 2017 13:20
Səfir: Yayda Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi gözlənilir
Report

Bakı. 2 may. REPORT.AZ/ "Bu ilin yayında Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi gözlənilir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, belə formatda görüşlərin keçirilməsi Türkiyədə keçirilən referenduma görə ləngiyib: "Referendum oldu və proses başa çatdı. Yayda da üçtərəfli görüşün keçirilməsini gözləyirik. Hansı formatda görüşlərin keçirilməsi isə üçüncü tərəfin hansının hazır olmasından asılı olacaq".

Qeyd edək ki, indiyə qədər bu formada görüşlər Azərbaycan, Türkiyə və İran, Azərbaycan, Türkiyə və Gürcüstan arasında olub. 

Son xəbərlər

Orphus sistemi