Türkiyənin Azərbaycandakı səfiri: "Xocalını unutmaq olmaz"

Türkiyənin Azərbaycandakı səfiri: "Xocalını unutmaq olmaz" Bakı. 23 fevral. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Xarici siyasət
23 Fevral , 2019 13:25
Türkiyənin Azərbaycandakı səfiri: Xocalını unutmaq olmaz

Bakı. 23 fevral. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbiri səfir Erkan Özoral açaraq 26 fevral tarixinin yaddaşlarda qalmasının vacibliyini dilə gətirib.

“Tarixdə yaxşı günlər də olub, pis günlər də. Biz keçmişdən ibrət götürərək həmin hadisələrin təkrarlanmasına yol verməməliyik. 26 fevral tarixi heç vaxt unudulmamalıdır”, - deyə diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi