Yuxarı

Səfir Vilayət Quliyev Macarıstanda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib

Görüş Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunub.

Səfir Vilayət Quliyev çıxışında Azərbaycan xalqının XX əsrin əvvəllərində və sonunda öz milli dövlətini qurmaq uğrunda mübarizəsinin yaddaqalan səhifələrindən bəhs edib. Bütün mövcud çətinliklərə, həllini tapmamış problemlərə baxmayaraq, dövlət müstəqilliyini XX əsrdə xalqımızın ən böyük qələbəsi, tarixi uğuru kimi dəyərləndirib.

İstər Macarıstanda, istərsə də dünyanın müxtəlif ölkələrində təhsil alan gəncləri müstəqilliyin bəhrələrindən daha fəal şəkildə yararlanmağa, yüksək intellektə və milli təəssüb hissinə malik vətəndaşlar kimi yetişməyə çağırıb.

Tədbirin sonunda Budapeştdə qastrol səfərində olan tanınmış pianoçu Səidə Tağızadə tələbələr qarşısında dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi