"Ukraynanın bərpasına azərbaycanlı iş adamlarının sərmayələrinin cəlb edilməsi təqdirəliqaydir".
"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadla görüşündə deyib.
H.Cavadın "Report"a verdiyi məlumata görə, görüş zamanı Ukraynanın mənafeyini qorumaq, humanitar yardım göstərmək istiqamətində UABD tərəfindən həyata keçirilən layihələrlə bağlı məsələlər müzakirə olunub.
“Ukraynanın müharibədən zərər şəkmiş, məhrumiyyətlərə düçar olmuş əhalisinə, habelə Ukrayna ordusuna UABD tərəfindən göstərilən maddi yardımlar barədə səfirə ətraflı məlumat verdim. Səfir Ukraynanın bu çətin günlərində göstərdiyimiz dəstəyə görə mənə təşəkkürnamə təqdim etdi. Ukrayna ordusunun qələbələrinə sevinir, torpaqların tezliklə azad ediləcəyinə inanırıq”, – UABD rəhbəri vurğulayıb.