Səfir: "Ukraynada azərbaycanlı turistlərin sayı ildən ilə artır"

Səfir: "Ukraynada azərbaycanlı turistlərin sayı ildən ilə artır" Aleksandr Mişenko: "Ukrayna tərəfi Azərbaycanın dəstəyini yüksək qiymətləndirir"
Xarici siyasət
7 Aprel , 2017 12:20
Səfir: Ukraynada azərbaycanlı turistlərin sayı ildən ilə artır
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ "Ukraynada, o cümlədən Truskavetsdə azərbaycanlı turistlərin sayı ildən ilə artır".

"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Ukraynanın kurort şəhəri Truskavetsin turizm potensialının təqdimat mərasimində deyib.

"Azərbaycanda olduğu kimi, Truskavetsdə də "böyük çətinlik" var. Bu, qonaqların və turuistlərin qidalanma ilə "sınağıdır", - deyə A.Mişenko bildirib.

O qeyd edib ki, Ukrayna tərəfinin Azərbaycanın xüsusilə Ukraynanın çətin zamanlarında göstərdiyi dəstəyi yüksək qiymətləndirir. "Ərazi bütövlüyü məsələsi bizim üçün çox vacibdir", - o vurğulayıb.

Onun sözlərinə görə, GUAM nümayəndəliklərinin başçılarının son görüşü bunu bir daha göstərib: "GUAM üzvləri bir sıra ümumi məsələləri həll etmək və problemlərlə, o cümlədən iqtisadi problemlərlə mübarizə aparmaq üçün güclərini birləşdirəcək".

Səfir bildirib ki, GUAM ölkələri artıq nəqliyyat əlaqələrinin qurulmasında müsbət təcrübə əldə edib. "Azərbaycan və Ukraynadan keçən İpək Yolu marşrutu Qazaxıstan, Xəzər dənizi və Qara dəniz vasitəsilə uzanan marşruta alternativdir", - A.Mişenko bildirib.

Son xəbərlər

Orphus sistemi