Ukrayna terrora və təcavüzə qarşı mübarizədə səyləri birləşdirməyə çağırır

Ukrayna terrora və təcavüzə qarşı mübarizədə səyləri birləşdirməyə çağırır Səfir: "Azərbaycan və Ukraynanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran səhvlərə yol verilməməlidir"
Xarici siyasət
26 Yanvar , 2015 15:24
Ukrayna terrora və təcavüzə qarşı mübarizədə səyləri birləşdirməyə çağırır

Bakı. 26 yanvar. REPORT.AZ/ Ukrayna dünya ictimaiyyətini keçmişdə yol verilən, o cümlədən Azərbaycan, Gürcüstan, Moldova və hazırda da Ukraynanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran səhvlərə yol verməməyə və bunun üçün də terrora və təcavüzə qarşı mübarizədə səyləri birləşdirməyə çağırır.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Mariupolda baş verən hadisələrlə bağlı verdiyi bəyanatında deyib.

"Bu faciə həm Ukrayna, həm də bütün bəşəriyyət üçün növbəti dərin sarsıntıdır. Ümidvaram ki, bu cinayət də Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən qüvvələrin həyata keçirdiyi digər cinayətlər kimi Haaqa tribunalının diqqətindən kənarda qalmayacaq" - A.Mişenko qeyd edib.

Xatırladaq ki, yanvarın 24-də Mariupol şəhərinin atəşə tutulması nəticəsində 30 nəfər dinc sakin ölüb, 100-dən artıq insan yaralanıb. 

Son xəbərlər

Orphus sistemi