Səfir naziri rəsmi Bakının Kiyevə humanitar yardımı barədə məlumatlandırıb
Səfir naziri rəsmi Bakının Kiyevə humanitar yardımı barədə məlumatlandırıbAzərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin daxili işlər naziri İqor Klimenko ilə görüşüb.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin daxili işlər naziri İqor Klimenko ilə görüşüb.
“Report” xəbər verir ki, səfir bu barədə “X”də yazıb.
Qeyd olunub ki, görüş çərçivəsində Azərbaycanın Ukraynaya humanitar yardımı, o cümlədən humanitar minatəmizləmə işləri barədə məlumat verilib.
Tərəflər, həmçinin Azərbaycanla Ukrayna arasında mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd əməkdaşlığı və fövqəladə hallar üzrə ikitərəfli qarşılıqlı əlaqələri müzakirə ediblər.
Pleased to discuss bilateral interaction btw Azerbaijan and Ukraine on combatting organized crime, border cooperation and emergencies with Minister of Interior of Ukraine Mr. Ihor Klymenko. Briefed on Azerbaijan’s humanitarian aid to Ukraine including in humanitarian demining pic.twitter.com/huLkD7FECy