Səfir: "TAP layihəsi çərçivəsində "Snam" şirkətinin səhmlərin 20%-ni alması yalnız müsbət effekt verə bilər"

Səfir: "TAP layihəsi çərçivəsində "Snam" şirkətinin səhmlərin 20%-ni alması yalnız müsbət effekt verə bilər" "Ötən il ölkələr arasında ticarət dövriyyəsi 7 milyard avro təşkil edib"
Xarici siyasət
9 Dekabr , 2015 15:57
Səfir: TAP layihəsi çərçivəsində Snam şirkətinin səhmlərin 20%-ni alması yalnız müsbət effekt verə bilər

Bakı. 9 dekabr. REPORT.AZ/ "TAP layihəsi çərçivəsində "Snam" şirkətinin səhmlərin 20%-ni alması yalnız müsbət effekt verə bilər".

"Report" ANSA agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov deyib.

Diplomatın sözlərinə görə, İtaliya TAP layihəsi çərçivəsində səhmlər alaraq 2020-ci ildə başa çatacaq layihənin fəal iştirakçısı olacaq.

V.Sadıqov İtaliyanı Azərbaycanın ən böyük ticarət tərəfdaşı adlandıraraq, ötən il ölkələr arasında ticarət dövriyyəsinin 7 milyard avro təşkil etdiyini, birbaşa investisiyaların səviyyəsinin isə 490 milyon avroya çatdığını bildirib.