Səfir: “Tailand parlamentində Azərbaycanla dostluq qrupu yaradılacaq”

Səfir: “Tailand parlamentində Azərbaycanla dostluq qrupu yaradılacaq” “Azərbaycanın Milli Məclisində keçirilən Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasında spiker Sahibə Qafarova ilə görüşdüm. Görüş çərçivəsində Tailand ilə Azərbaycan arasında tezliklə qurulacaq parlamentlərarası do
Xarici siyasət
25 Sentyabr , 2023 11:55
Səfir: “Tailand parlamentində Azərbaycanla dostluq qrupu yaradılacaq”

“Tailand parlamentində tezliklə Azərbaycan parlamenti ilə dostluq qrupu yaradılacaq. Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin Bakıda keçirilən iclasında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüm. Görüşdə dostluq qrupunun gələcək fəaliyyət istiqamətlərini də nəzərdən keçirdik”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom bildirib.

İqamətgahı Ankarada yerləşən diplomat deyib ki, dostluq qrupunun yaradılması Azərbaycanla Tailand arasında əməkdaşlığı daha da genişləndirəcək.

Son xəbərlər

Orphus sistemi