Səfir: "Tacikistan Azərbaycanla əməkdaşlığa böyük önəm verir"

Səfir: "Tacikistan Azərbaycanla əməkdaşlığa böyük önəm verir" Bakıda Tacikistanın milli bayramı qeyd edilib
Xarici siyasət
9 Sentyabr , 2016 21:03
Səfir: Tacikistan Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Баку. 9 сентября. REPORT.AZ/ Tacikistanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – dövlət müstəqilliyi münasibətilə rəsmi qəbul təşkil edib. 

"Report"un verdiyi xəbərə görə, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Zohir Saidov Tacikistanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışıb. O, müstəqilliyin ən böyük nailiyyəti olan sülhün, suverenliyin və milli birliyin təmin olunmasında tacik xalqının müdrikliyinin və Prezident Emoməli Rəhmonun rolunu xüsusi qeyd edib.

Diplomat Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayıb. O, həmçinin münasibətlərin daha da inkişafında prezidentlər Emoməli Rəhmonun və İlham Əliyevin mühüm rollarının olduğunu diqqətə çatdırıb.

Rəsmi qəbulda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan hökuməti adından Tacikistan xalqını təbrik edib, sülh və əmin–amanlıq arzularını çatdırıb. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini, münasibətlərimizin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O, uğurlu əməkdaşlığın əsasında dövlətlərimizin başçılarının şəxsi dostluq münasibətlərinin, eləcə də ölkələrimizin rəsmilərinin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını söyləyib. Nazir Azərbaycan-Tacikistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Xatırladaq ki, tədbir çərçivəsində Tacikistana həsr olunmuş sərgi və guşə də açılıb.

Son xəbərlər

Orphus sistemi