Səfir: “Strateji dialoqumuz Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir”“Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu bu mühüm rəsmi səfəri zamanı Londonda görməkdən çox məmnunam”.
“Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu bu mühüm rəsmi səfəri zamanı Londonda görməkdən çox məmnunam”.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld tviter hesabında yazıb.
“Strateji dialoqumuz Böyük Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir. Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq”, - diplomat qeyd edib.
Dünən @Bayramov_Jeyhun-u bu mühüm rəsmi səfəri zamanı Londonda görməkdən çox məmnunam. Strateji Dialoqumuz - münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir. Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq. pic.twitter.com/il2bUadVQN