Səfir Sekuta Kürdəmir Amerika Mərkəzinin açılışında iştirak edib

Səfir Sekuta Kürdəmir Amerika Mərkəzinin açılışında iştirak edib Amerika Mərkəzində ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq olar
Xarici siyasət
20 İyul , 2017 13:52
Səfir Sekuta Kürdəmir Amerika Mərkəzinin açılışında iştirak edib

Bakı. 20 iyul. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmir rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Mərkəzinin açılışında iştirak edib.

ABŞ səfirliyindən "Report"a verilən məlumata görə, səfir Sekuta açılış mərasimində etdiyi çıxışında Mərkəzin yerli icma üçün vacibliyini qeyd edib.

Açılış mərasimində Kürdəmir rayonunun İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin  nümayəndələri də iştirak ediblər.

Səfir Sekuta Kürdəmirin Mərkəzi Kıtabxanasına yeni avadanlıq, texnika, lazımı materiallar və kitablar hədiyyə edib. O, gələcəkdə Mərkəzdən istifadə edəcək yerli sakinlərlə görüşərək onlarla Amerika Məzrkəzinin nə dərəcədə kömək edə biləcəyini və yerli icmanın bundan necə faydalana biləcəyindən danışıb.

Kürdəmirdəki Amerika Mərkəzində ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq olar.

Amerika Mərkəzi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika mərkəzləri də daxildir. Bu Mərkəz  ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Mərkəzlər, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir.

Son xəbərlər

Orphus sistemi