Yuxarı
    Bağlamaq

    ​Səfir Robert Sekuta: "Azərbaycanın ABŞ-a göstərdiyi dəstək artıb"

    Azərbaycan 11 sentyabr zamanı Birləşmiş Ştatlara dəstək verən birinci dövlətlər sırasında olub

    Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert F. Sekuta 2001-ci ilin 11 sentyabr hadisələri ilə bağlı məlumat yayıb.

    Səfirlikdən "Report"a verilən məlumata görə, məlumatda bildirilir ki, "bu gün biz üç minə yaxın kişi, qadın və uşağın həyatına son goyan 11 sentyabr terror hücumunun 14-cü ildönümünü qeyd edirik".

    Qeyd olunur ki, həmin hadisələr zamanı həm Amerikadan, həm də dünyanın digər ölkələrindən olan insanlar hücumun qurbanı olublar.

    Müxtəlif dinləri təmsil edən günahsız insanlar gündəlik işləri ilə məşğul olduğu zaman və ya digərlərinin həyatını xilas edərkən həlak olmuşlar.

    O bildirir ki, "həmin gün verdiyimiz itkiləri xatırladığımız vaxtda biz onu da anlayırıq ki, bu kimi faciələrin gələcəkdə baş verməməsi üçün addımlar atılmalıdır".

    "Vaxt keçdikcə belə hücumların qarşısının alınmasına dair anlayışımız inkişaf edib və təhlükəsizliyin artırılması, məlumatların paylaşılması, ekstremist ideologiyalarına qarşı mübarizə kimi fəaliyyətləri özündə əks etdirib. Biz başa düşürük ki, sözügedən təhlükələrə qarşı yeganə olan bir həll yolu yoxdur və heç bir dövlət bu təhlükələrin öhdəsindən tək gələ bilməz.

    Həmin günün dəhşətini gördüyümüz vaxtda biz həmçinin dünyanın müxtəlif yerlərindən göstərilən dəstəyin və həmrəyliyin şahidi olduq. 2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən birinci dövlətlər sırasında olub. Azərbaycanlıların qurbanların xatirəsini anmaq üçün şam yandırdıqlarını və başsağlığı vermələrini xatırlayırıq. Amerikalılar bu dəstəyi indi də dəyərləndirirlər".

    Onun sözlərinə görə, o vaxtdan bəri Azərbaycanın göstərdiyi dəstək artıb:

    "Azərbaycan ABŞ və NATO-nun Əfqanıstanda ekstremizmə qarşı apardıqları mübarizədə tərəfdaşı olub. Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbiçiləri ilə çiyin-çiyinə duraraq əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanını verib. Azərbaycan, həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatları üçün maddi-texniki təchizatların nəqliyyatını təmin edib. Azərbaycan ekstremist təşkilatlarının maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardım göstərib.

    Çox vacib amil də ondan ibarətdir ki, dünyəvi dövlət olan Azərbaycan digər dövlətlər üçün dini tolerantlığın canlı nümunəsidir. Azərbaycanda mövcud olan dini tolerantlığı nəzərdən keçirəndə ümid etməyə başlayırıq ki, bir gün dini zəmində olan zorakılıq keçmişdə qalacaq".

    Sekuta bildirib ki, lakin bunu əldə etmək üçün hər tərəfin səyi tələb olunur:

    "Biz bilirik ki, ümid ilə yaşayan, firavan və müzakirəyə açıq olan cəmiyyətlər ekstremizmə və nifrət ideologiyasına qarşı mübarizə apara bilər. Məhz bu səbəbdən biz Azərbaycanın iqtisadi diversifikasiya, korrupsiyaya qarşı mübarizə, və hökumətin insanlar qarşısında cavabdehliyinin artırılması kimi məqsədlərini dəstəkləyirik.

    Biz Azərbaycanla sözügedən məqsədlərin əldə olunması üçün tərəfdaşlığımıza sadiqiq. Düşünürük ki, bu yolla istənilən ekstremist ideologiyasından azad olan Azərbaycan sabit və firavan gələcəyini təmin edə bilər".

    ABŞ rəsmisi bildirib ki, "sentyabırın 11-də həlak olan insanları xatırlayaraq, biz eyni vaxtda paylaşmış dəyərlərimizə və tərəşdaşlığımıza yenidən sadiq olduğumuzu bildiririk. Mən zorakı ekstremizmə qarşı apardığımız tərəfdaşlığımıza sadiq olmağımızı təsdiq edərək, bütün Azərbaycanlılara göstərdikləri davamlı dəstəyə görə təşəkkür edirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi