Səfir Rəmzi Teymurov Cənubi Koreyanın keçmiş prezidentinin məzarını ziyarət edib

Səfir Rəmzi Teymurov Cənubi Koreyanın keçmiş prezidentinin məzarını ziyarət edib Diplomat mərhum prezident No Mu Henanın həyat yoldaşı ilə görüşüb
Xarici siyasət
1 Sentyabr , 2017 15:19
Səfir Rəmzi Teymurov Cənubi Koreyanın keçmiş prezidentinin məzarını ziyarət edib
Embassy of Azerbaijan in Seul

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov ölkəmizə ilk rəsmi səfər edən Cənubi Koreyanın keçmiş prezidenti No Mu Henanın məzarını ziyarət edib.

"Report"un səfirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Rəmzi Teymurov ölkənin cənub-şərqində yerləşən Kensan-Namdo vilayətinə yollanıb.

O, səfər zamanı eks prezidentin evini ziyarət edərək, həyat yoldaşı Kvon Yanq Suk ilə görüşüb. Söhbət zamanı xanım Kvon Yanq Suk Bakı səfəri haqqında danışıb, təəssuratlarını bölüşüb. Diplomat ona No Mu Henanın Azərbaycana səfəri ilə bağlı çəkilmiş fotoşəkillərdən ibarət albom təqdim edib. 

Son xəbərlər

Orphus sistemi