​Səfir: “Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır”

​Səfir: “Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır” Hidayət Orucov Qırğız Respublikasının əmək, miqrasiya və gənclər naziri ilə görüşüb
Xarici siyasət
25 İyun , 2015 12:02
​Səfir: “Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır”

Bakı. 25 iyun. REPORT.AZ/ Qırğız Respublikasının əmək, miqrasiya və gənclər naziri Aybek Azırankulov ilə Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilib. Bu barədə “Report”a Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən məlumat verilib.

Səfir Aybek Azırankulovu nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Nazir iki ölkə arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. Azərbaycanın son illər qazandığı nailiyyətləri ilə Qırğızstanda fəxr edildiyini, əlaqələrin inkişafında, xüsusilə gənclər sahəsində birgə layihələrin həyata keçirilməsində Qırğız tərəfinin maraqlı olduğunu söyləyib.

Səfir qeyd edib ki, son vaxtlar bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir: “Son iki ildə həm Bişkekdə, həm də Bakıda gənclərlə bağlı çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və Qırğızıstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb”.

H.Orucov deyib ki, hər iki ölkə gənclərinin də bu münasibətlərdən bəhrələndiyini, həm azərbaycanlı tələbələrin Qırğızıstanda, həm də qırğız tələbələrin Azərbaycanda təhsil aldığını vurğulayıb.

A.Azırankulov qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və iki ölkə arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.

Səfir repressiya qurbanı həmvətənlilərimizin nəsillərindən olan 20 minə yaxın azərbaycanlının Qırğızıstanda yaşadığını və onlar üçün yaradılan şəraitə görə Qırğız Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib.

Diplomat hazırda Azərbaycanda yüksək səviyyədə ilk Avropa Oyunlarının keçirildiyini, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası və 2017-ci ildə isə III İslam Həmrəyliyi Oyunlarının baş tutacağını qeyd edərək, bu möhtəşəm idman bayramlarında qardaş Qırğız idmançılarının da iştirak etmək imkanın olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi