Səfir: "Pakistanı hər zaman güclü, sabit, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istəyirik"

Səfir: "Pakistanı hər zaman güclü, sabit, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istəyirik" İslamabadda “Pakistanın Mərkəzi Asiya respublikaları və Azərbaycan ilə əlaqələri: Perspektivlər və Çağırışlar” adlı seminar keçirilib
Xarici siyasət
12 May , 2017 19:51
Səfir: Pakistanı hər zaman güclü, sabit, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istəyirik

Bakı. 12 may. REPORT.AZ/ Pakistan Xarici İşlər Nazirliyinin İslamabad Strateji Tədqiqatlar İnstitutunda Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə “Pakistanın Mərkəzi Asiya respublikaları və Azərbaycan ilə əlaqələri: Perspektivlər və Çağırışlar” adlı seminar keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, seminarda ali qonaq qismində Pakistan İslam Respublikasının xarici İşlər katibi xanım Təhminə Janjua, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Pakistandakı səfirləri, diplomatlar, mütəxəssislər, ictimaiyətin nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbirdə çıxış edən Pakistanın Xarici İşlər katibi xanım T.Janjua Pakistanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini, münasibətlərin dərin mədəni və tarixi köklərə bağlı olduğunu deyib. O, Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin genişləndirilməsində regional bağlantı və iqtisadi əməkdaşlığın mühüm faktor olduğunu ifadə edib, bu istiqamətdə araşdırma və təşəbbüslərin davam etdirildiyini söyləyib.

T.Janjua Pakistanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrində fərqli dil, mürəkkəb viza rejimi və birbaşa rabitənin olmaması kimi amillərin inkişafa maneə təşkil etdiyini bildirib, Çin-Pakistan İqtisadi dəhlizi (CPEC) çərçivəsində Pakistanın həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələrinə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qoşulmasının hər kəs üçün faydalı olacağını vurğulayıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxışında iki ölkə əlaqələrinin sınaqdan keçmiş möhkəm əsaslar üzərində inşa edildiyini, dostluq və qardaşlıq tellərinə bağlı olduğunu, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu deyib. Səfir Pakistanın daim Ermənistanın işğalçılıq siyasətini qınadığını və bugünədək Ermənistanı bir dövlət kimi tanımadığını bildirib, buna görə Pakistan dövlətinə və xalqına təşəkkür edib.

Diplomat Azərbaycanın Pakistanı hər zaman güclü, sabit, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi