Səfir: "Özbəkistanla Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir"

Səfir: "Özbəkistanla Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir" "Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq və qardaşlıq xarakteri daşıyan münasibətlər ən yüksək səviyyədədir".
Xarici siyasət
14 Dekabr , 2021 15:04
Səfir: Özbəkistanla Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir

"Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq və qardaşlıq xarakteri daşıyan münasibətlər ən yüksək səviyyədədir".

“Report” xəbər verir ki, bunu Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən təşkil edilən “Azərbaycan – Özbəkistan münasibətlərinin 25 ili: nailiyyətlər və perspektivlər” adlı vebinardakı çıxışında bildirib.

O deyib ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri var: "İndi həmin siyasəti hazırkı prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev davam etdirirlər".

Səfir Azərbaycanla Özbəkistan arasında BMT, ATƏT, MDB və digər beynəlxalq platformlarda əməkdaşlıq olduğunu diqqətə çatdırıb: “2019-cu ildə məhz Bakıda keçirilən toplantıda Özbəkistanın Türk Şurasının tam üzvlüyünə qəbul olunması son dərəcə səciyyəvi haldır”.

Son xəbərlər

Orphus sistemi