Səfir: "Özbəkistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur"

Səfir: "Özbəkistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur" Bakı. 15 dekabr. REPORT.AZ/ Özbəkistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur.
Xarici siyasət
15 Dekabr , 2017 19:50
Səfir: Özbəkistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur

Bakı. 15 dekabr. REPORT.AZ/ "Özbəkistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur".

"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Özbəkistan Konstitusiyasının qəbul edilməsinin 25 illiyinə həsr olunmuş qəbulda deyib.

"Əminəm ki, yaranmış dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin maraqları, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiyada sülh, təhlükəsizlik və sabitlik naminə inkişaf etməkdə davam edəcək", - diplomat bildirib.

O həmçinin vurğulayıb ki, Özbəkistan əhalisi üçün Konstitusiya Günü tarixi, siyasi və sosial əhəmiyyətə malik ümummilli bayramdır.

Ş.Fayziyev qeyd edib ki, Özbəkistanda bundan sonra da Konstitusiyada təsbit edilmiş vətəndaşların hüquq və qanuni maraqlarının təmin edilməsi işi davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi