Səfir: "Özbəkistan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək göstərib"

Səfir: "Özbəkistan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək göstərib" O həmçinin şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib
Xarici siyasət
17 Fevral , 2021 16:45
Səfir: Özbəkistan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək göstərib
Bahrom Aşrafxanov

Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Report" xəbər verir ki, diplomat təbrikini fevralın 17-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.

O həmçinin şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Səfir qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib.

Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edən səfir Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsinin aparılmasının vacibliyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi