Yuxarı
    Bağlamaq

    Səfir: "Növbəti ilin ilk yarısında Azərbaycan Prezidenti Belarusa səfər edəcək"

    © Report/ Orkhan Azim

    Bakı. 28 dekabr. REPORT.AZ/ "Növbəti ilin ilk yarısında Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edəcək".

    "Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

    O, ikitərəfli əməkdaşlıq baxımından başa çatmaqda olan ilin yekunlarını müsbət qiymətləndirib və Azərbaycanla Belarus arasında əməkdaşlığın bütün sahələrində müsbət irəliləyişlərin olduğunu qeyd edib.

    "Münasibətlərimiz tərəfdaşlıq xarakteri ilə seçilir, strateji xarakter daşıyır. Ölkələr arasında qarşılıqlı faydalı və hörmətli əlaqələr qurulub", - səfir qeyd edib.

    Onun sözlərinə görə, 2017-ci ildə yüksək siyasi səviyyədə 40-a yaxın qarşılıqlı səfər baş tutub.

    Səfir həmçinin ölkələr arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi