Səfir: "Narkotiklərlə mübarizədə Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir"

Səfir: "Narkotiklərlə mübarizədə Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir" Dünyada narkotiklərlə mübarizədə Azərbaycan bizim üçün dəyərli tərəfdaşdır. Azərbaycan bu istiqamətdə böyük rol oynayır. Ona görə də Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir.
Xarici siyasət
15 Aprel , 2019 10:09
Səfir: Narkotiklərlə mübarizədə Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer / Report/ Elchin Murad
0 : 00
0 : 00

"Dünyada narkotiklərlə mübarizədə Azərbaycan bizim üçün dəyərli tərəfdaşdır. Azərbaycan bu istiqamətdə böyük rol oynayır. Ona görə də Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çox bacarıqlı şəkildə İDEC-ə rəhbərlik edir: "Mən Azərbaycana cəmi 1 aydır gəlmişəm. Bu bir ay ərzində bir məsələnin şahidi olmuşam ki, Azərbaycan əhalisi qonaqpərvərdir. Hamımız narkotiklərlə mübarizənin mahiyyətini anlayırıq. Mən əminəm ki, biz birlikdə bu mübarizədə böyük uğurlara imza atacağıq".

Son xəbərlər

Orphus sistemi