Səfir: "Macarıstan Azərbaycana faydalı ola biləcək texnologiyalara malikdir" - MÜSAHİBƏ

Səfir: "Macarıstan Azərbaycana faydalı ola biləcək texnologiyalara malikdir" - MÜSAHİBƏ "Macarıstan və Azərbaycan arasında sıx siyasi əlaqələri var"
Xarici siyasət
7 Dekabr , 2015 12:05
Səfir: Macarıstan Azərbaycana faydalı ola biləcək texnologiyalara malikdir - MÜSAHİBƏ

Bakı. 7 dekabr. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin "Report"a müsahibəsi:

- Macarıstanın ölkəmizdəki səfiri kimi qarşınıza hansı məqsədlər qoymusunuz?

- Macarıstan və Azərbaycan arasında sıx siyasi əlaqələrin olmasından başlayaq. Ölkə liderlərimiz arasında qarşılıqlı inam var. Sizdə də, bizdə də güclü lider var. Baş nazirimiz getdikcə dünyada daha da məşhurlarşır, eləcə də sizin prezidenti hamı tanıyır. Yaxşı siyasi münasibətlər, əlbəttə, ikitərəfli əməkdaşlığın digər sahələrində də öz əksini tapır.

Ticari-iqtisadi əlaqələrə gəlincə, Azərbaycan tərəfi ilə birlikdə bu sahədə böyük potensialın olduğunu düşünürük. Bizim böyük imkanlarımız var və bu buradan da belə nəticəyə gəlmək olar ki, səfir kimi mənim məqsədim ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsini təmin etməkdir. İndi yalnız şirkətlərimizin, müəssisələrimizin əlaqə nöqtəsi, xalqlarımızın xeyrinə olacaq əməkdaşlıq sferaları tapması üçün işləmək lazımdır.

Ötən il ticarət dövriyyəsi 79 milyon dollar təşkil edib, bu il bir qədər də artıq olacaq. Amma mənim məqsədim bu göstəricinin ən azı 100 milyon dollara çatmasına nail olmaqdır.

- Sizcə, hansı sahələrdə əlaqələrin dərinləşməsi mümkündür?

- Bir neçə belə sahə var. İlk növbədə, informasiya və kommunikasiya sahəsini deyərdim. Bu sahədə ölçüsünün kiçik olmasına baxmayaraq, Macarıstan dəyərli bir şey təklif edə bilər. Bu sahədə çalışan Macarıstan şirkətləri yaradıcı və yenilikçidir, düşünmürəm ki, ABŞ, Rusiya, Hindistan və başqa ölkələrin şirkətlərindən geri qalırlar. Macar xalqı istedadlı xalqdır. Bizim 12 Nobel mükafatı qalibimiz var və bu Macarıstan üçün böyük bir göstəricidir.

Bildiyiniz kimi, Macarıstanın nefti və qazı yoxdur, lakin yaradıcılığımız var. Buna görə də bu sahədə çalışan kiçik və orta bizneslər heç nədən nəsə yaratmalı olur. Qərblə müqayisədə bizim məhsulların cəlbedici 20-30% daha ucuz olmasıdır.

Fikrimcə, ölkələrimizin əməkdaşlıq edə biləcəyi ikinci sahə kənd təsərrüfatıdır. Macarıstan Azərbaycana faydalı ola biləcək texnologiyalara malikdir. Biz artıq sosialist iqtisadiyyatdan kapitalizmə keçmişik. Məncə, hazırda Azərbaycan kənd təsərrüfatı bu mərhələdən keçir. Macarıstan burada da kömək edə bilər.

- Macarıstan və Azərbaycan arasında imzalanmış sazişə görə, 200 azərbaycanlı tələbə Macarıstan hökumətinin hesabına Macarıstanda təhsil alacaq. Bu müqavilə necə reallaşıdırılır?

- Ümumilikdə müqavilə çox uğurludur. Səhv etmirəmsə, artıq gələn il 57 azərbaycanlı tələbə Macarıstan ali təhsil müəssisələrində oxuya biləcək. Əslində istək daha çox idi, amma Macarıstanda təhsil almağa layiq görülənləri seçmək Azərbaycanın Təhsil Nazirliyinin müstəsna hüququdur. Hesab edirəm ki, bu, əməkdaşlığımızın ən uğurlu sahələrindən biridir.

- Neçə Azərbaycan turist Macarıstanı ziyarət edib? Ümumiyyətlə, bu əlaqələrin inkişaf perspektivlərini necə görürsünüz?

- Macarıstan statistikasına görə, ötən il təqribən 2600 nəfər Macarıstanı ziyarət edib. Amma bu, yalnız hoteldə qalanların statistikasıdır. 10 milyon əhalisi olan Macarıstana ildə çox hissəsi turist olan 50 milyondan çox insanın gəldiyini nəzərə alsaq, bu, çox kiçik rəqəmdir. Biz neçə illərdir ki, Macarıstanın təşviqini həyata keçiririk, artıq bunun nəticələrini görürük. Bizim cəlbediciliyimiz nədir? Həm tarix, həm arxitektura, həm də çoxlarının dünyanın ən gözəl paytaxt şəhəri hesab etdiyi Budapeşt. Turistlərə eyni xidmətlər göstərilir, amma məhsulları bir neçə dəfə ucuz qiymətə alırlar. Bu da turistləri cəlb edir.

Bir də Balaton gölü turistlərin diqqətini çəkir. Yayda gölün ətrafında on minlərlə insan istirahət edir. Eyni zamanda, bəlkə kimsə bilmirsə, Macarıstan termal bulaqlar baxımından Avropanın ikinci ölkəsidir. Karlovı-Varını hamı tanıyır, lakin Macarıstan ərazisində suyu Karlovı-Varınınkından daha yaxşı müalicə edən istirahət zonası var.

Sizə xoş xəbərim də var. Martın 27-dən "WizzAir" aviaşirkəti Azərbaycana uçuşları bərpa var. Bu işdə yalnız şirkətə təşəkkür etmək yox, qarşılıqlı güzəştə gedən iki ölkəyə də çox sağ ol düşür. Siyasi liderlərimiz də bu işə əl qoydu.

- Macarıstan Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsinə necə kömək edə bilər?

- Bu, müxtəlif sferalarda ola bilər. Ötən həftə dəyəri 1,08 milyon dollar məbləğində olan tvinninq layihələr barədə qərar qəbul olunub. Buna əsasən, Macarıstan və Fransa ekspertləri azərbaycanlı fermerlərin maarifləndirilməsinə kömək edəcək. Bu, azərbaycanlı mütəxəssislərin bilik və bacarıqlarını artırmasına yardım edəcək.

Son xəbərlər

Orphus sistemi