Səfir: "Kuba Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu məsələ bizdə heç bir şübhə doğurmur"

Səfir: "Kuba Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu məsələ bizdə heç bir şübhə doğurmur" "Kubalılar dərk edirlər ki, Barak Obama blokadanın aradan qaldırılması üçün siyasi iradəyə malik deyil"
Xarici siyasət
23 Yanvar , 2015 11:02
Səfir: Kuba Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu məsələ bizdə heç bir şübhə doğurmur

Bakı. 23 yanvar. REPORT.AZ / "Kuba və Azərbaycan arasında sıx siyasi münasibətlər yaranıb və yüksək səviyyədə dialoq qurulub". Bu barədə "Report"a müsahibəsində Kubanın Azərbaycandakı səfiri Omar Medina Kintero bildirib.

Onun sözlərinə görə, ölkələrimiz müntəzəm olaraq beynəlxalq və regional məsələlər ilə bağlı və hər iki tərəfin maraq dairəsində olan məsələlər ilə bağlı siyasi məsləhətləşmələr aparır. "Bizim ölkələrimizin beynəlxalq səviyyədə maraq doğuran bir sıra məsələlər üzrə siyasi mövqeləri üst-üstə düşür".

SSRİ-nin dağılmasından sonra Azərbaycanda olduğu kimi, Kubada  da çətin dövr başladı. Bu dəyişikliklər dövrü idi. Azərbaycan həmin dövrdə artıq öz neftinə sahiblik edə bilirdi və öz ehtiyatlarını bilavasitə özü idarə etməyə başladı. Əvvəllər Azərbaycana səfər edən çox sayda dostum var. İndi onlar yenidən Azərbaycana gələndə buradakı dəyişikliklərdən heyrətə gəlirlər. Bir zamanlar Azərbaycandakı Neft və Kimya İnstitutunda çox sayda kubalı tələbə təhsil alıb".

Səfir qeyd edib ki, bu gün Kuba Azərbaycana yalnız siqarlar müxtəlif növ spirtli içkilər ixrac edir və ölkələr arasında iqtisadi münasibətlərin inkişaf potensialı hələ böyükdür.

O, vurğulayıb ki, Kuba Azərbaycanla neft, alternativ enerji, turizm sahələrində münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.

Turizm sahəsinə marağı artırmaq olar, lakin bunun üçün əlaqələr, Kubaya səfərlər etmək və ölkəni tədqiq etmək lazımdır.

Kuba və ABŞ -ın diplomatik münasibətlərinin bərpası haqqında məsələni şərh edən səfir qeyd edib ki, Kuba hər zaman Havana və Vaşinqtonun yaxınlaşması ideyasının tərəfdarı olub. Çünki bu Havana üçün iqtisadi cəhətdən sərfəlidir. Lakin bununla belə Kuba öz maraqları ilə yanaşı öz prinsip və ideyalarına sadiq qalır.

Səfir ABŞ və Kuba arasında danışıqlardan da danışıb:

"Kuba və ABŞ arasında münasibətlərdən danışarkən, onların tamamilə olmamasını nəzərdə tuturuq. Hal hazırki dövrdə cəmi 180 km dəniz sərhədi olan və Meksika körfəzində təbii ehtiyatları bölüşən iki qonşunun düşmən olması mümkün deyil".

"Fidel Kastro rəsmən bildirib ki, Kuba qarşılıqlı hörmət əsasında ABŞ ilə münasibətlər qurmağa hazırıdır. Bu yenilik deyil. Hazırda bizim ölkələrimiz arasında münasibətlərin qurulması ABŞ prezidentindən asılıdır".

Onun sözlərinə görə, Raul Kastro açıq şəkildə ABŞ prezidenti Barak Obamaya deyib ki, kubalılar Barak Obamanın blokadanın aradan qaldırılması üçün siyasi iradəyə malik olmadığını, lakin blokada şəraitinin zəiflədilməsi üçün çox şey edə biləcəyini dərk edirlər".

"ABŞ-ın hər hansı bir prezidentinin ölkələrimizin bir-birinə yaxınlaşması istəyi Amerikanın ölkədaxili siyasi problemləri ilə bağlı olub. Bizim üçün bu məsələdə heç zaman bir problem olmayıb. Biz onsuzda inkişaf edirik", - səfir əlavə edib. 

Ölkənin Dağlıq Qarabağ münaqişəsi məsələsindəki mövqeyindən danışan səfir bildirib ki, Kuba Azərbaycana böyük hörmət bəsləyir. "Biz regionda Azərbaycanla münasibətlərimizə üstünlük veririk, buna görə də burada Kuba səfirliyi açılıb, biz hamı ilə dost münasibətindəyik. Bu münaqişələrə müdaxilə etmək hüququna malik deyilik. Bu məsələ ilə bağlı bizim Azərbaycanın rəsmi mövqeyinə yaxın olan öz mövqeyimiz var - münaqişəni sülh yolu ilə həll etmək lazımdır".

"Kuba Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu məsələ bizim üçün heç bir şübhə doğurmur. Azərbaycan  ərazilərinin işğalı, həmçinin məcburi köçkün və qaçqınların məsələsinə hər zaman ciddi yanaşıb. Azərbaycanın problemi və mövqeyini hər yerdə anlayır və qəbul edirlər. Ən başlıcası - bu münaqişənin həlli üçün dözüm və iradənin olmasıdır", - səfir bildirib. 

Son xəbərlər

Orphus sistemi