Səfir: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Səfir: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini dəstəkləyir.
Xarici siyasət
23 Avqust , 2019 20:05
Səfir: İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini dəstəkləyir".

“Report” xəbər verir ki, bunu jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.

“İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəkləyib, biz ölkənizə kömək etməyə daim hazırıq”, - deyən səfir iki ölkə arasında iqtisadi əlaqələrin də yüksək səviyyədə olduğunu, İndoneziyanın neft ehtiyaclarını xeyli dərəcədə ödəyən Azərbaycandan ildə 2 milyon barelədək neft idxal etdiklərini diqqətə çatdırıb.

Orphus sistemi