Səfir: "Hindistan Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

Səfir: "Hindistan Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır" "Əczaçılıq sahəsində əməkdaşlıq bizim üçün prioritetlərdən biridir"
Xarici siyasət
22 Dekabr , 2017 17:20
Səfir: Hindistan Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ Hindistan Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mətbuat konfransında bildirib.

"Azərbaycan və Hindistan arasında münasibətlər müxtəlif sahələrdə möhkəmlənir və genişlənir. Əməkdaşlığımızı artıra və bir-birimizə kömək edə biləcəyimiz bir çox sahələr var. Hindistan energetika sahəsində Azərbaycanın tərəfdaşıdır, lakin biz qeyri-neft sektorunda - kənd təsərrüfatı, turizm sahələrində də əməkdaşlığın inkişafında maraqlıyıq. Əczaçılıq sahəsində əməkdaşlıq isə bizim üçün prioritetlərdən biridir", - səfir deyib.

Son xəbərlər

Orphus sistemi