Səfir Hidayət Orucov Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb

Səfir Hidayət Orucov Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb Azərbaycanın Qırğızstanda, Qırğızstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilib
Xarici siyasət
18 Aprel , 2016 23:52
Səfir Hidayət Orucov Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb

Bakı. 19 aprel. REPORT.AZ/ 2016-ci ilin aprel ayının 18-də Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov ilə Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilib.

Azərbaycanın Qırğızıstandakı Səfirliyindən "Report"a verilən məlumata görə, səfir qeyd edib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son üç il ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb.

Görüşdə 2017-ci ildə Azərbaycanın Qırğızstanda, Qırğızstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Nazir 2016-cı ilin aprel ayının 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda onun başçılıq edəcəyi nümayəndə heyətinin iştirak edəcəyi barədə məmnunluqla söz açıb.

O, qardaş Qırğızıstan Respublikasını Mədəniyyət, İnformasiya və Turizm nazirinin təmsil etməsinə görə şad olduğunu və Forumunun işində faydalı olacağını qeyd edib.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə 2016-ci ilin mart ayının 17-də Bişkek şəhərində, Abdılas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet teatrında bütün müsəlman şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun 130 illiyi yubileyinin keçirilməsində və şəxsən nazirin iştirakı və çıxışına görə təşəkkürünü bildirib.

Qırğız nazir Üzeyir Hacıbəyovu bütün dünyada olduğu kimi, Qırğızstanda da çox sevdiklərini və tədbirə qırğız xalqının böyük maraq göstərdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.   

Son xəbərlər

Orphus sistemi