Yuxarı

Səfir: "Görüşlər münaqişənin həllinə xidmət edirsə, biz bunu ancaq alqışlayırıq"

İsmayil Alper Coşqun Azərbaycan və Ermənistan prezidentləri arasında son görüşlərə münasibət bildirib

Bakı. 5 iyul. REPORT.AZ/ "Bizim Dağlıq Qarabağla bağlı yeganə gözləntimiz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və ərazi toxunulmazlığı çərçivəsində sülh yolu ilə həll olunmasıdır."

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun deyib.

Azərbaycan və Ermənistan prezidentləri arasında son görüşlərini şərh edən səfir deyib ki, bu görüşlər münaqişənin həllinə xidmət edirsə, biz bunu ancaq alqışlayırıq. 

O bildirib ki, Türkiyə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir.

Səfir həmçinin bu gün cəbhə xəttində Azərbaycan ordusunun verdiyi şəhidlə bağlı başsağlığını da ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi