Yuxarı

​Səfir: "Fransa prezidentinin Azərbaycana səfərinə hazırlıq görülür"

Paskal Mönye: Fransua Olland Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir

Bakı. 2 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərinə hazırlıq görülür. "Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə bildirib.

Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələlik məlum deyil: "Ancaq səfər bu il gerçəkləşdiriləcək".

Səfir deyib ki, F.Olland Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir: "O, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək bu istiqamətdə təkliflərini müzakirə etmək istəyir".

Xatırladaq ki, Erəminstan KİV-i Fransa prezidenti Fransua Ollandın bu ilin aprelində İrəvana səfər edəcəyi haqda xəbər yaymışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi