Səfir: “Ermənistan törətdiyi təxribatlarla həddini aşıb"
- 01 sentyabr, 2023
- 09:26
“Ermənistan törətdiyi təxribatlarla həddini aşıb".
“Report” xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.
O bildirib ki, İrəvanın təxribatları Azərbaycanın xoş niyyətinə xələl gətirir.
Diplomat xatırladıb ki, bu gün Ermənistanın növbəti təxribatı nəticəsində 3 Azərbaycan hərbçisi yaralanıb.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.
Sərhəddə təxribat törədən 2 erməni hərbçisi məhv edilib, 1-i isə yaralanıb.
The provocations of #Armenia go beyond and harm the good will of Azerbaijan.
— Ali Alizada (@Ali_F_Alizada) September 1, 2023
3 Azerbaijani servicemen were wounded today as a result of the next Armenian #provocation.
Since the today’s morning, the units of the Armenian armed forces have been shelling the positions of the… pic.twitter.com/X194UGmAml