Səfir: "Ermənistan Zəngəzur dəhlizi üzrə maneəsiz hərəkəti təmin etmək öhdəliyini icra etməlidir"

Səfir: "Ermənistan Zəngəzur dəhlizi üzrə maneəsiz hərəkəti təmin etmək öhdəliyini icra etməlidir" Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistanın Zəngəzur dəhlizi üzrə maneəsiz hərəkəti təmin etmək öhdəliyini yerinə yetirməsinin zəruri olduğunu bildirib.
Xarici siyasət
12 Yanvar , 2024 16:14
Səfir: Ermənistan Zəngəzur dəhlizi üzrə maneəsiz hərəkəti təmin etmək öhdəliyini icra etməlidir

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistanın Zəngəzur dəhlizi üzrə maneəsiz hərəkəti təmin etmək öhdəliyini yerinə yetirməsinin zəruri olduğunu bildirib.

"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"Rəsmi Bakı 2020-ci ildən sonra Zəngəzur dəhlizini Azərbaycan, Ermənistan və Türkiyəni bir-birinə və daha geniş regiona birləşdirən sülh dəhlizi kimi təklif etdi. Ermənistan bu marşrut üzrə maneəsiz hərəkəti təmin etmək öhdəliyindən imtina etməyi dayandırmalıdır. Ermənistan bundan böyük fayda görəcək", - diplomat qeyd edib.

Son xəbərlər

Orphus sistemi