​Səfir Elman Abdullayev etimadnaməsini Cibuti Prezidentinə təqdim edib - FOTO

​Səfir Elman Abdullayev etimadnaməsini Cibuti Prezidentinə təqdim edib - FOTO Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub
Xarici siyasət
6 İyun , 2016 12:02
​Səfir Elman Abdullayev etimadnaməsini Cibuti Prezidentinə təqdim edib - FOTO

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quelleyə təqdim edib.

“Report” səfirliyə istinadən xəbər verir ki, Cibuti Prezidenti ilə keçirilmiş görüşdə səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsmayıl Ömər Quelleyə çatdırıb. Elman Abdullayev Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən biri olan Cibuti ilə münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir Elman Abdullayev, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin bu günədək icra olunmadığını, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etdiyini və bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqına və məcburi köçkünə çevrildiyini Cibuti Prezidentinin diqqətinə çatdırıb.

Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quelle öz növbəsində salamlarının və hörmətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən Cibuti Prezidenti İsmayıl Ömər Quelle səfir Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi