Səfir: Çin Sivilizasiyalararası Dialoq Gününün təsis edilməsində Azərbaycanın dəstəyindən məmnundur

Xarici siyasət
  • 10 iyun, 2025
  • 10:26
Səfir: Çin Sivilizasiyalararası Dialoq Gününün təsis edilməsində Azərbaycanın dəstəyindən məmnundur

Çin 10 iyun Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün təsis edilməsi haqqında qətnamənin qəbul edilməsində Azərbaycan da daxil olmaqla 83 ölkənin dəstəyindən məmnundur.

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş tədbirdə bildirib.

Diplomatın sözlərinə görə, bu təşəbbüs ötən il Çin Xalq Respublikası tərəfindən BMT Baş Assambleyasının 78-ci sessiyasında irəli sürülüb və beynəlxalq ictimaiyyətin geniş dəstəyini qazanıb.

Diplomatın sözlərinə görə, bu təşəbbüs ötən il Çin Xalq Respublikası tərəfindən BMT Baş Assambleyasının 78-ci sessiyasında irəli sürülüb və beynəlxalq ictimaiyyətin geniş dəstəyini qazanıb.

"Sevindirici haldır ki, Azərbaycan da daxil olmaqla 83 dövlət qətnaməni imzalayıb. Sivilizasiyalararası qarşılıqlı əlaqələrin gücləndirilməsi qlobal çağırışların aradan qaldırılmasına kömək edir və daha harmonik dünyanın qurulmasında əsas rol oynayır”, - Lu Mey vurğulayıb.

44 filmi