Səfir: Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Səfir: Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Xarici siyasət
1 İyul , 2024 12:03
Səfir: Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

“Report” xəbər verir ki, bunu Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.

“Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində həm ikitərəfli, həm də çoxtərəfli əsasda, beynəlxalq formatlar çərçivəsində səmərəli əməkdaşlığı davam etdirməkdə çox maraqlıdır. Biz xüsusilə, hava və avtomobil nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirməyi hədəfləyirik”, - o vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycan Bolqarıstanın enerji sektorunda əsas tərəfdaşıdır:

“Azərbaycan təbii qaz təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. Bizim ikitərəfli münasibətlərimizdə təkcə enerji sektoru əsas yer tutmur. Bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da vacibdir”.

Son xəbərlər

Orphus sistemi