Səfir: "Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var"

Xarici siyasət
  • 29 sentyabr, 2023
  • 13:40
Səfir: Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var

"Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var"

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Haber Global”ın efirində deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərinə qalıb yaşamağı təklif edir: “Amma bizim də öz tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq niyyətimiz var. Beynəlxalq ictimaiyyət və Ermənistan bu hüququmuzu təmin etməlidir”.

Diplomat həmçinin bildirib ki, 1991-ci ildən etibarən Qarabağda cinayət törətmiş bütün cinayətkarlar haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında məlumat var: "Artıq müharibə cinayətkarı olan üç nəfər saxlanılaraq Bakıya gətirilib. Biz bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb edəcəyik. İşlər hələ qabaqdadır. Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi bu işlə məşğuldur”.

Son xəbərlər

Bütün Xəbər Lenti