Yuxarı

Səfir: "Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik, Ermənistanla yarışmırıq"

Rusiyanın bu tədbirdə ən yüksək şəkildə iştirak etməsini çox məmnunluqla qarşılaya bilərik”

Bakı. 6 mart. REPORT.AZ/ “Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik. Bununla bağlı Ermənistanla yarışma içərisində deyilik. Bu tədbirlərlə dünyaya çox böyük sülh mesajları vermək istəyirik. Hazırda bu mesajların verilməsini çox vacib hesab edirik”. "Report"un xəbərinə görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun deyib.

Rusiyanın Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılacağı barədə məlumatlara münasibət bildirən səfir bunları deyib: “Rusiya kimi çox yaxşı münasibət qurduğumuz bir ölkənin də bu tədbirdə ən yüksək şəkildə iştirak etməsini çox məmnunluqla qarşılaya bilərik”.

Səfir tədbirdə iştirak edəcək ölkə başçılarının dəqiq sayını açıqlamağa çətinlik çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi