Səfir: "Bakı-Tbilisi əlaqələri uğurlu regional əməkdaşlığın bariz nümunəsidir"

Səfir: "Bakı-Tbilisi əlaqələri uğurlu regional əməkdaşlığın bariz nümunəsidir" "Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı qarşılıqlı hörmət və hər iki ölkənin milli maraqlarına əsaslanır".
Xarici siyasət
398
9 İyul , 2020 12:42
Səfir: Bakı-Tbilisi əlaqələri uğurlu regional əməkdaşlığın bariz nümunəsidir
Dursun Həsənov

"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı qarşılıqlı hörmət və hər iki ölkənin milli maraqlarına əsaslanır".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Diplomatiya Günü münasibətilə keçirilən tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq müasir dünyada regional əməkdaşlığın faydasını əyani şəkildə göstərən bariz nümunələrdən biridir: "Bakı və Tbilisi arasında uğurla inkişaf etdirilən qarşılıqlı faydalı əlaqələr çoxlu sayda müxtəlif sınaqlardan keçərək, nə qədər möhkəm olduqlarını göstəriblər".

D.Həsənov Azərbaycanın regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuzlu ölkə olduğunu deyib.

Qeyd edək ki, mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib, ölkə diplomatiyasının tarixi, inkişafı yolu və uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.