Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi prioritet məsələdir.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.
“ABŞ və məncə, Azərbaycan üçün daha bir prioritet məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır. Son bir neçə ay ərzində bununla bağlı müəyyən irəliləyiş və imkanların olması məni ruhlandırır”, - o vurğulayıb.
M.Libbi vurğulayıb ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Diplomat qeyd edib ki, ölkəsi sülhün əldə olunmasında tərəflərə hər cür kömək etməyə hazırdır:
“Biz heç nəyi zorla qəbul etdirə bilmərik, amma sülh prosesini dəstəkləyə bilərik. Əgər bu istiqamətdə yardım edə biləriksə, bunu etməyə hazırıq”.
Səfir söyləyib ki, son günlər Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət narahatlıq doğurur: “Belə hadisələr nəticəsində insanlar ölür və yaralanır, belə hadisələrin baş verməsini heç kəs istəmir”.