Almaniya səfiri: "Azərbaycanla Aİ arasındakı yeni sazişin tezliklə imzalamasını istəyirik"

Almaniya səfiri: "Azərbaycanla Aİ arasındakı yeni sazişin tezliklə imzalamasını istəyirik" Almaniya Azərbaycan hökuməti ilə əməkdaşlıqda maraqlıdır.
Xarici siyasət
30 Sentyabr , 2019 12:24
Almaniya səfiri: Azərbaycanla Aİ arasındakı yeni sazişin tezliklə imzalamasını istəyirik
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq / Report / Sultana Ahmadbayli

"Almaniya Azərbaycan hökuməti ilə əməkdaşlıqda maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında bildirib.

"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı yeni sazişin tezliklə imzalamasını istəyirik. Çünki bu, iqtisadi əlaqələrin, o cümlədən Almaniya ilə münasibətlərin güclənməsinə töhfə verəcək. Biz daha çox alman iş adamını Azərbaycanda görmək, onların gəlib təcrübələrini bölüşmələrini istəyirik. Bu bölgəni daha sakit və sabit görmək istəyirik", - o deyib.

Səfir həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın vacibliyini də qeyd edib. "Almaniya 2020-ci ilə qədər BMT Təhlükəsizlik Şurasının sədridir. Azərbaycanla bu struktur çərçivəsində də əməkdaşlığımızı davam etdirmək istərdik. Bundan əlavə, Almaniya payızdan etibarən Avropa Şurasına sədrlik edəcək. Azərbaycanın Avropa təşkilatları daha yaxından əməkdaşlıq etməsinə yardım göstərmək istəyirik", - səfir fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi