Böyük Britaniya səfiri: "Azərbaycan xalqının istiliyini və qonaqpərvərliyini hər zaman hiss edirik"

Böyük Britaniya səfiri: "Azərbaycan xalqının istiliyini və qonaqpərvərliyini hər zaman hiss edirik"
Xarici siyasət
27 May , 2019 11:40
Böyük Britaniya səfiri: Azərbaycan xalqının istiliyini və qonaqpərvərliyini hər zaman hiss edirik

"Mən, yaxınlarım və dostlarım hər zaman Azərbaycan xalqının istiliyini və qonaqpərvərliyini hiss edir".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts mətbuat konfransında deyib.

Səfir Azərbaycanın onda səxavətlilik, istilik və qonaqpərvərliklə assosiasiya olunduğunu bildirib. 

"Mən, yaxınlarım və dostlarım hər zaman təcrübəmizdə Azərbaycan xalqının bu keyfiyyətlərini hiss etmişik. Dəfələrlə yerli sakinlərin yardım etdiyi müxtəlif vəziyyətlərlə üzləşmişəm. Bakıda özümü evdəki kimi hiss edirəm", - diplomat söyləyib.