Səfir: "Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətləri uzun tarixə malikdir"

Səfir: "Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətləri uzun tarixə malikdir" Vyetnamda Azərbaycan ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konfrans keçirilib
Xarici siyasət
1 May , 2017 11:01
Səfir: Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətləri uzun tarixə malikdir
Sputnik

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətləri uzun tarixə malikdir.

"Report" "Veitnamnet"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnanmda keçirilən iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konfransda bildirib.

"Diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin uzun tarixi var. Bu tədbirdə iştirak edənlərin əksəriyyəti də bunun şahididir", - A.İmanov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Vyetnam çoxsaylı çətinlikləri dəf edərək, onları geridə qoyub və hazırda öz regionlarında aparıcı ölkəyə çevrilib.

"Hər iki ölkə mədəniyyətini və adət-ənənələrini yalnız milli səviyyədə yox, həm də beynəlxalq səviyyədə təşviq edir", - diplomat əlavə edib.

Qeyd edək ki, konfrans Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzi və Azərbaycanın Vyetnamdakı səfirliyi birgə təşəbbüsü sayəsində keçirilib.

Son xəbərlər

Orphus sistemi