"Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq münasibətləri formalaşıb".
“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı bildirib.
“Əlaqələrimiz böyük tarixə malikdir. Eyni kökə bağlı dilimiz, ənənələrimiz və dəyərlərimiz münasibətlərimizin əsasını təşkil edir. Milli liderlər - Nursultan Nazarbayev və Heydər Əliyev bu münasibətlərin formalaşmasında xüsusi rola malikdirlər”, - səfir deyib.
Diplomat Qazaxıstandakı Azərbaycan diasporunun fəallığını xüsusilə vurğulayıb.