Səfir: Azərbaycan və Macarıstan münasibətləri geniş əməkdaşlıqla xarakterizə olunur

Səfir: Azərbaycan və Macarıstan münasibətləri geniş əməkdaşlıqla xarakterizə olunur Azərbaycan və Macarıstan münasibətləri qarşılıqlı hörmət və anlaşmaya əsaslanan geniş spektrli əməkdaşlıq ilə xarakterizə olunur.
Xarici siyasət
22 May , 2024 10:24
 Səfir: Azərbaycan və Macarıstan münasibətləri geniş əməkdaşlıqla xarakterizə olunur

Azərbaycan və Macarıstan münasibətləri qarşılıqlı hörmət və anlaşmaya əsaslanan geniş spektrli əməkdaşlıq ilə xarakterizə olunur.

“Report” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

“Bu ilin noyabr ayında BMT-nin himayəsi altında qlobal iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm tədbir olan COP29 baş tutacaq və bu da iqlim dəyişikliyi ilə mübarizədə ümumi uğur əldə etmək imkanı verəcək”, - o vurğulayıb.

Səfirin sözlərinə görə, Macarıstan qlobal çağırışların, iqlimin qorunması və enerji təhlükəsizliyinin coğrafi baxımdan bir-birindən uzaq olan ölkələri birləşdirə bilməsi üçün yeni ümumi əsaslar axtarır.

Son xəbərlər

Orphus sistemi