Azərbaycan və Macarıstan münasibətləri qarşılıqlı hörmət və anlaşmaya əsaslanan geniş spektrli əməkdaşlıq ilə xarakterizə olunur.
“Report” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
“Bu ilin noyabr ayında BMT-nin himayəsi altında qlobal iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm tədbir olan COP29 baş tutacaq və bu da iqlim dəyişikliyi ilə mübarizədə ümumi uğur əldə etmək imkanı verəcək”, - o vurğulayıb.
Səfirin sözlərinə görə, Macarıstan qlobal çağırışların, iqlimin qorunması və enerji təhlükəsizliyinin coğrafi baxımdan bir-birindən uzaq olan ölkələri birləşdirə bilməsi üçün yeni ümumi əsaslar axtarır.